Hadisə axşam saatlarında Xaçmaz rayonunun Yalama kəndi ərazisində baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, kənd sakini, 1964-cü il təvəllüdlü İbrahimov Tərlan Ağabala oğlu naməlum şəxs və yaxud şəxslər tərəfindən amansızcasına qətlə yetirilib. Hələlik cinayətin təfərrüatları məlum olmasa da, Tərlan İbrahimovun başına mişar daşı ilə zərbə vuraraq qətlə yetirildiyi bildirilir. Meyit müayinə olunması üçün morqa gətilirib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 120-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
Cəlal Fərzəliyev
