6 manata görə 25 yaşlı gənc öldürüldü – Balakəndə qətlbackend

6 manata görə 25 yaşlı gənc öldürüldü - Balakəndə qətl

Balakən rayonunda qətl hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib.

Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Z.Layıcov şübhəli şəxs qismndə saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*