70 yaşlı Məleykə Abbaszadə yola salınırbackend

70 yaşlı Məleykə Abbaszadə yola salınır

Martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarında sualların çətin olması Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətilə bağlı müzakirələri yenidən alovlandırdı. 

KONKRET.az xatırladır ki, DİM-in keçirdiyi imtahanlarla bağlı narazılıq əvvəlki illərdə də olub. Amma bu il etirazlar kütləvi xarakter aldığı üçün bu məsələnin müzakirəsinə həm elektron, həm də yazılı KİV-lər daha geniş yer ayırır.

Qeyd edək ki, əsas narazılıq 11-ci sinif şagirdləri üçün martın 12-də keçirilən buraxılış imtahanlarıyla bağlıdır. Nəinki şagirdlər, hətta təcrübəli müəllimlər də hesab edirlər ki, sonuncu buraxılış imtahanı əvvəlki ilə müqayisədə daha çətin olub. Yəni, DİM ayrı-seçkilik edib. Martın 5-də imtahan verən şagirdlərdən fərqli olaraq, martın 12-də imtahan verən məktəbliləri daha çətin suallarla sınağa çəkib.

Azərbaycan dili və riyaziyyat fənlərindən sualların çətin olduğunu repetitor fəaliyyətilə məşğul olan şagirdlər efir vasitəsilə dilə gətiriblər. Onların iddiasına görə, martın 12-də riyaziyyat fənnindən şagirdlərə ali məktəblərin 3-cü kursunda tədris olunan dərsliklərdən suallar ünvanlanıb. Azərbaycan dilindən isə ikinci mətn uzun və mürəkkəb olub. 85 suala 180 dəqiqə ərzində cavab verməli olan şagird təkcə bir sualı cavablandırmaq üçün ən azı 20 dəqiqə vaxt itirib.

Bu faktların ictimailəşməsi DİM-in fəaliyyətinin hərtərəfli təftiş olunmasına zəmin yaradıb. İndi bu qurumda islahatlar aparılmasının qaçılmaz olduğunu düşünən xeyli mütəxəssis var. Hətta DİM-in ləğv olunmasını təklif edənlər də var. Çox adam hesab edir ki, DİM ləğv olunmasa belə bu qurumda köklü islahatlar aparılmalıdır. Sözügedən Mərkəzin yarandığı gündən bəri eyni metodologiya ilə imtahan keçirməsi haqlı narazılqılara səbəb olub. Digər qurumlar kimi DİM-in də yenilənməsi zamanın tələbidir.

Qeyd edək ki, DİM sədri Məleykə Abbaszadə 29 ildir ölkədə qəbul prosesini həyata keçirən qurumun başında dayanır. Onun karyerasındakı “partlayış” 1994-cü ilə təsadüf edir. Xanım Abbaszadə həmin il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini təyin olunub. O, 2000-ci ilə kimi sədrin səlahiyyətlərini icra edib.

2000-2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olan M. Abbaszadə 2016-cı ildən bu günə kimi həmin qurumun bazasında yaradılan Dövlət İmtahan Mərkəzinə rəhbərlik edir. Göründüyü kimi, qurumun adı dəyişsə də, ona rəhbərlik edən adam dəyişməyib.

DİM ətrafında bu qədər böyük ajiotajın yaranmasına səbəb nədir? Ölkədə rüşvət və korrupsiyasının girdabında boğulan çoxsaylı qurumlarına rəğmən, M. Abbaszadənin və komandasının hədəfə götürülməsi nə ilə bağlıdır?

“Yeni Sabah” məsələni araşdırarkən maraqlı məlumatlar əldə edib. Məlum olub ki, DİM-lə bağlı irəli sürülən iddiaların bir qismi real faktlara söykənir. Həqiqətən həm martın 5-də, həm də 12-də keçirilən buraxılış imtahanlarında suallar çətin olub. Hətta düzgün tərtib edilməyən suallar da olub.

DİM-in publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi bu qurumun fəaliyyətində mənfi izlər buraxıb. Son illər DİM tərəfindən nəşr olunan əlavə vəsaitlərin çoxunun kommersiya xarakteri daşıdığı heç kimə sirr deyil. DİM-in Elm və Təhsil Nazirliyinin nəşr etdiyi və orta məktəblərdə tədris olunan dərsliklərdən deyil, öz vəsaitlərindən, o cümlədən repetitor hazırlığı ilə məşğul olan kurslar tərəfindən hazırlanmış dərsliklərə əsaslanaraq suallar tərtib etməsi şübhələrə yol açıb.

Araşdırmalarımız zamanı məlum oldu ki, DİM sədri M. Abbaszadə artıq hakim komandada “arzuolunmaz adam”a çevrilib. Gəncləşmə kursu götürən iqtidar komandası ötən ay 70 yaşını tamamlamış xanım Abbaszadəni öz sıralarında görmək istəmir. Maraqlısı isə odur ki, bunu dəfələrlə onun özünə çatdırıblar. Amma DİM sədri bu təklifə həvəssiz yanaşıb. O, hələ bir müddət DİM-ə rəhbərlik etmək arzusunda olduğunu gizlətməyib.

Qeyd edək ki, Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayev də analoji mövqedən çıxış edib. Lakin qəfildən kollektivlə vidalaşmaq məcburiyyətində qaldı.

Müşahidəçilər M. Abbaszadənin də eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Bu il ali məktəblərə hazırlaşan abituriyentlərin M. Abbaszadənin dövründə imtahan verən sonuncu nəsil olacağı bildirilir.

  • Ülviyyə İsgəndərova
    Mart 16, 2023 - 11:11

    Məleykə Abbaszadə altına o qədər yığıbki, pensiyasın heç gedib götürməyəcək.

  • Gülşən
    Mart 16, 2023 - 11:11

    Martın 12 də imtahan verənlərdən biridə oğlumdur. Bütün deyilənlərlə razıyam. Onun DİM dən getməsinə 100% raIyam

  • Gülşən
    Mart 16, 2023 - 11:14

    Gözü tox adam olsaydı çoxdan gedərdi. Pensiyanı da qəpiyinə kimi alacaq

  • Elmira
    Mart 16, 2023 - 13:47

    Bu il imtahanlarda çətin suallar olub.Düzdü
    Amma DİM-in fəaliyyətindəki şəffaflığı danmaq insafsızlıq olar.İllərdi ki, varlısından , kasıbından asılı olmayaraq savadı olan uşaqlar ali məktəblərə qəbul olublar

    • Nil
      Mart 17, 2023 - 09:54

      Varlı kasıb arasımda fərq qoymur?? Hə axı 2 ci blok imtahanı pulla deyil. Dim in suallarının çətinliyi sizin üçün oyun ola bilər ama bizim həyatımızı həll eləyir bu imtahanlar. Nə üçün mənim yuxusuz gecələrim kiminsə hərisliyinin qurbanı olmalıdı.

  • Natella Huseynova
    Mart 16, 2023 - 17:11

    Məleykə Abbaszadə bu hakimiyyətdə yeganə məmurdur ki,vicdanını itirməyib,savadlı uşaqların haqqına girmir .Onun getməyini istəyənlər tupoy uşaqlarini rüşvət hesabına uni-lərə yerləşdirmək istəyənlərdir.Kasiblar onun ədaləti sayəsində,həkim,prokuror olurlar .Siz yarıtmaz təhsil sisteminə baxın,sonra Məleykəyə çamur atın .

    • Şaiq
      Mart 16, 2023 - 23:44

      Bunu yazan ” insan ” heç imtahan sualları haqqında heçnə bilmir başa düşsə idi bilərdiki buraxılış imtahanında Azərbaycan dili bölməsindən bal verən mətndir 65 bal verir
      Hakimliyə hazırlaşan 4 cü qrup tələbələr üçün bu böyük baldır

    • Arzu
      Mart 17, 2023 - 12:34

      Məleykə xanımın savadlı uşaqların gələcəyinin əlindən alınmaması üçün atdığı addımlar çox təqdirə layiqdir. Onun getməsini istəyənlər oxumayan uşaqların valideynləri ola bilər bu da təbiidir .Hələ indiyə qədər heç 1 oxuyan uşaq çöldə qalmayıb. Məleykə xanımdan öncəki illərə baxsaq ancaq rüşvət tapışla universitetə girirdilər.Getməsini istəyənlərin dərdi də budur.

  • Şaiq
    Mart 16, 2023 - 23:40

    Sadəcə bir qadına görə neçə min tələbənin arzuları puç oldu

  • Meyxanım
    Mart 17, 2023 - 01:18

    Gelen gedeni aratmir deye misal var getse bele yerine yaxsusi gelmeyecek

  • Əbülfət
    Mart 17, 2023 - 05:52

    Məqalə qərəzli yazılıb, xüsusilə son hissəsi, müasir jurnalistlərin geniş tətbiq etdikləri uydurma fərziyyələr

  • Samir
    Mart 17, 2023 - 12:42

    Şərəfsizliklər edəndən sonra neynirik onun getməsini ŞƏRƏFSİZ!

  • Sevinc
    Mart 17, 2023 - 23:00

    Bu ilki abituryentlərin haqqları bas necə olacaq?Onun getməyi nəyi həll edəcəkki?Ballar açıqlanandan sonra uşaqlarımıza edilən haqsizliğa qarşı susmamalıyıq.İmtahanın yenidən youtubdan ,YOS dan oğurlanmadan ,təqdim etdikləri DİM toplularına əsasən keçirilməlidir.Mənim övladımın timsalında sınaqlarda iştirak edən və hər zaman 290+toplayan abituryentlər tam şəffaf formada biliklərini nümayiş etdirməli və layiq oıduğu ixtisası qazanmalıdırlar.11 ilin əziyyətləri dırnaq arasında təhsilə xidmət edən DİM qurumuna görə hədər getməməlidir.

  • Elmira
    Mart 17, 2023 - 23:12

    Guya Meleykenin cixmagi neyi deyisecek? 11 illik eziyyetim hec oldu, puc oldu menim. Ne umidlerle, inamla getdiyim imtahandan aglaya-aglaya cixdim. Muellimlerim, ailem, etrafdaki her kes mende max bal gozledikleri halda, balim hec olmasa 250 gelsin deye dua edecek veziyyete dusmusem. Bu vaxta qeder hec bir sinaq imtahaninda 290 baldan az toplamadigim halda, 5 mart tarixinde kecirilen imtahanda vaxt catismamazligi yasadim, hansiki sinaqlarda vaxtidan da evvel bitirirdim. Bu ne qurumdur axi? Ozleri toplasi sual hazirlaya, metn yaza bilmir. Turklerden metn tercume edir. 1 saat 50 deq vaxtim gedib menim metnlerine. Metnin evvelini oxuyurduq, ortasina catanda evveli yaddam cixirdi. Riyaziyyat fennini mukemmel sekilde bildiyim halda, yazmagi catdirmadim. Meleykenin cixmagi balima tesir edecek? Tebiiki xeyr. Bu qeder haqsizligin oldugu il olmamisdi hele. Aciglama vermeli oldugu halda, gic-gic, bos, menasiz aciglama verir, hec Azerbaycan dilinde duzgunde danisa bilmir Dim’in sedri olan shexs. Heyif, cox heyif… Eziyyetimizden, 11 ilimizden…

Əbülfət üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*