73 yaşlı gürcüstanlı TIR sürücüsü sükan arxasında ölü tapıldıbackend

73 yaşlı gürcüstanlı TIR sürücüsü sükan arxasında ölü tapıldı

Qazaxda kişi meyiti tapılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*