9 milyon müştərinin məlumatları ələ keçirildi – London hökumətini heyrətləndirən hadisəbackend

9 milyon müştərinin məlumatları ələ keçirildi - London hökumətini heyrətləndirən hadisə

Hakerlər Böyük Britaniyanın üç hava limanının təxminən 9 milyon müştərisinin məlumatlarını ələ keçiriblər.

KONKRET.az xəbər verir ki, “Sky News”un məlumatına görə, kibercinayətkarlar Mançester, Stansted və İst-Midlends hava limanlarının müştərilərinə aid elektron poçt ünvanlarına, telefon nömrələrinə, avtomobillərin qeydiyyat məlumatlarına və poçt indekslərinə giriş əldə ediblər.

Məlumat sızması əsasən avtodayanacaq rezervasiyaları, biznes-zallardan istifadə və Wi-Fi xidmətinə qoşulma ilə bağlı məlumat bazalarını əhatə edib.

Hava limanlarını idarə edən “Manchester Airports Group” (MAG) bildirib ki, sızdırılan sistemdə bank kartları, ödəniş rekvizitləri və digər maliyyə məlumatları saxlanılmadığından, müştərilərin ödəniş məlumatları təhlükə altına düşməyib.

Bununla belə, oğurlanmış şəxsi məlumatlardan fişinq hücumları, saxta e-poçt və SMS-lər, eləcə də digər kiber fırıldaqçılıq cəhdləri üçün istifadə oluna biləcəyi ehtimal edilir. Hadisə ilə bağlı araşdırma davam edir və zərərçəkmiş istifadəçilərə ehtiyatlı olmaları, şübhəli mesaj və zənglərə qarşı diqqətli davranmaları tövsiyə olunur.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*