ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıbbackend

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının (“ABB”) sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan “ABB” kartlarına göndərilən vəsaitlərin hesaba oturmadığını və ödənişlərdə ciddi gecikmələrin yaşandığını bildirirlər.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, şikayətlərə reaksiya verən “ABB” rəsmi nümayəndələri texniki çətinliklərin olduğunu təsdiqləyiblər.

Bank tərəfindən verillən rəsmi açıqlamada deyilir: “Yaranmış narahatlığa görə üzr istəyirik. Hazırda texniki səbəblərdən mədaxil və məxaric əməliyyatlarının icrasında müvəqqəti çətinliklər müşahidə olunur. Çətinliyin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Əməliyyatların bərpası üçün bir qədər gözləməyinizi xahiş edirik”.

Qeyd edək ki, hazırda bankın mütəxəssisləri tərəfindən sistemin bərpası istiqamətində işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*