Pentaqon, 1961-ci ildə istifadəyə verilmiş və ABŞ-ın ilk atom zərbə təyyarədaşıyanı olan CVN-65 “Enterprise” gəmisinin tamamilə sökülməsi və utilizasiyası üçün 536 milyon dollarlıq müqavilə imzalayıb.
KONKRET.az xəbər verir ki, müqaviləyə əsasən, gəmi tam demontaj ediləcək, o cümlədən aşağı səviyyəli radioaktiv tullantılar da daxil olmaqla, bütün təhlükəli materiallar təhlükəsiz şəkildə qablaşdırılaraq lisenziyalı obyektlərə daşınacaq.
İşlərin ABŞ-ın Alabama ştatının Mobil şəhərində aparılması və 2029-cu ilin noyabrına qədər başa çatdırılması planlaşdırılır.
Natiq Səlim,
KONKRET.az