ABŞ Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirmək qərarına gəlib. Bu fonda İspaniyadakı hərbi kontingentinin yarısını – təxminən 2 min hərbçini geri çəkə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Ağ Ev bu addımı İspaniya hakimiyyətinin İranla müharibə zamanı öz ərazisindəki hərbi bazalardan istifadəyə icazə verməməsinə cavab kimi qiymətləndirir.
Yaz aylarında Almaniyadan 5 min ABŞ hərbçisi çıxarılıb. Bu addım da həmin planlara əlavə olaraq həyata keçirilə bilər.
Eyni zamanda, ABŞ Konqresində bəzi respublikaçı qanunvericilər Avropadakı hərbi kontingentin azaldılması planlarını tənqid edirlər. Onlar Almaniyadan çıxarılması nəzərdə tutulan hərbi birləşmələrin ABŞ-a qaytarılması əvəzinə Avropanın digər ölkələrində yerləşdirilməsini təklif edirlər.
Brüsseldəki mənbələrin sözlərinə görə, İspaniyadan çıxarılması planlaşdırılan hərbçilər üçün də oxşar ssenari nəzərdən keçirilə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
