ABŞ Avropadakı qoşunlarını azaldır – Danışıqlar başlayacaqbackend

ABŞ Avropadakı qoşunlarını azaldır - Danışıqlar başlayacaq

ABŞ administrasiyası 2025-ci ilin sonunadək Avropadakı hərbi kontingentinin qismən çıxarılması ilə bağlı Avropadakı müttəfiqləri ilə rəsmi müzakirələrə başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker açıqlama verib.

Onun sözlərinə görə, Vaşinqton bu addımı atarkən təhlükəsizlik vəziyyətinin zəifləməməsinə xüsusi diqqət yetirəcək:

“ABŞ hər hansı hərbi qüvvə çıxarılmasının Avropanın təhlükəsizliyini zəiflətməməsinə əmin olmaq istəyir.”

Uitaker əlavə edib ki, ABŞ NATO-da qalmaq niyyətindədir və alyans qarşısında öhdəliklərinə sadiqdir.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*