ABŞ bombardmançıları Yaponiya hərbi bazasına yerləşdirildibackend

ABŞ bombardmançıları Yaponiya hərbi bazasına yerləşdirildi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” strateji bombardmançılarından ibarət qrup Yaponiyanın Honsyu adasının şimalında yerləşən Misava aviabazasına gəlib.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Məlumata görə, strateji bombardmançı təyyarələr son günlər Texasdakı “Dyess” Hərbi Hava Qüvvələri bazasından Yaponiyaya yerləşdirilib. Missiyanın məqsədi rəsmi olaraq açıqlanmayıb.

Nəşr yazır ki, Amerika təyyarələrinin yerləşdirilməsi Yaponiya Özünümüdafiə Qüvvələrinin irimiqyaslı hərbi təlimlərə hazırlığı ilə üst-üstə düşür. Manevrlərdə ABŞ və Avstraliya silahlı qüvvələrinin bölmələri də iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*