ABŞ Çin və Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ: Genişmiqyaslı hərbi hazırlıq başladı backend

ABŞ Çin və Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ: Genişmiqyaslı hərbi hazırlıq başladı 

ABŞ Çin və Rusiyanı əhatə edəcək genişmiqyaslı hərbi modernləşdirmə elan edib.

KONKRET.az xəbər verir ki, Pekin və Moskva arasında möhkəmlənən əməkdaşlıq fonunda ABŞ prezidenti Donald Tramp Pentaqona “Amerika ordusunu yenidən qurmağı” tapşırıb.

Bu barədə müdafiə naziri Pit Heqset Fox News telekanalında bildirib.

Onun sözlərinə görə, ABŞ müharibəyə can atmır, əksinə, onun qarşısını almaq üçün gücə malik olmalıdır. Modernləşdirmə bütün sahələri əhatə edəcək: kosmos, aviasiya, donanma, sualtı qüvvələri, uzaqmənzilli silah sistemləri və sairə.

Qərbdəki analitiklər qeyd edirlər ki, Çin alternativ güc mərkəzi yaratmağa çalışır və ABŞ-ı ordusunun geniş miqyaslı restrukturizasiyasını həyata keçirməyə məcbur edən də məhz budur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*