ABŞ Rusiya və Ukrayna arasındakı müharibə nümunəsindən istifadə edərək Çinlə münaqişəyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Qəzetin yazdığına görə, bu hərbi münaqişə quruda, havada və kosmosda nüvə silahından istifadə olunmadan aparılacaq. Bu halda Amerika ordusunun ciddi itkilər verəcəyi ehtimalı yüksəkdir. Münaqişədə digər böyük dövlətlərin də iştirak edə biləcəyi iddia edilir.
NYT xatırladır ki, Taliban və Yaxın Şərqdəki digər qruplardan fərqli olaraq, Çin Xalq Respublikası silah və peyk kəşfiyyatına görə praktiki olaraq ABŞ-dan geri qalmır. Ordunun çevik yerləşdirmə və döyüş əməliyyatları aparmaq qabiliyyətini yoxlamaq üçün xüsusi təlimlər keçirilib.
Bundan əvvəl Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib ki, ABŞ sülhə təhlükə olmaqla yanaşı, silahlı münaqişələrin mənbəyidir.
Məlik,
KONKRET.az