Nyu-Yorkda sosial ədalətsizlik və avtoritarizmə qarşı yürüş keçirilir.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, yürüş “Krallara yox” (“No Kings”) hərəkatı tərəfindən təşkil edilib.
Etirazçılar “Taxt-taca yox, krala yox” şüarı səsləndirib, insanları sosial ədalətsizliyə qarşı birgə hərəkətə çağırıb.
Qeyd edək ki, sözügedən hərəkat Trampın miqrasiya, səhiyyə, təhsil və ətraf mühitlə bağlı siyasətlərinə qarşı çıxır.
Hərəkatın təşkilatçıları 2600-dən çox yürüşün baş tutacağını gözlədiklərini bildiriblər.