ABŞ-da DƏHŞƏT: Ölən və yaralananlar var – ŞOK GÖRÜNTÜLƏRbackend

ABŞ-da DƏHŞƏT: Ölən və yaralananlar var - ŞOK GÖRÜNTÜLƏR

ABŞ-ın Nyu-Meksiko ştatında baş verən güclü sel fəlakəti nəticəsində bir kişi və iki uşaq həyatını itirib. Təbii fəlakət səbəbindən bölgədə fövqəladə vəziyyət elan edilib.

KONKRET.az xəbər verir ki, hadisə Nyu-Meksiko ştatının Ruidoso qəsəbəsində qeydə alınıb.

Yerli sakinlərin paylaşdığı görüntülərdə güclü selin yaşayış evlərini axınla apardığı aydın görünür. Xilasedicilər su səviyyəsinin sürətlə artdığı barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, bundan öncə ABŞ-ın Nyu-Meksiko ilə qonşu ştatı olan Texasda da güclü sel baş vermiş, 100-dən çox insan həlak olmuşdu.

 

 

 

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*