ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə ölüm hökmlərinin icrasını bərpa edir və cəza üsulları sırasına güllələnməni də əlavə edir. Qurum artıq 44 iş üzrə ölüm hökmü ilə bağlı vəsatətləri təsdiqləyib və federal səviyyədə bu təcrübəni genişləndirmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, Baş prokurorun vəzifəsini icra edən Todd Blanş məsələ ilə bağlı kəskin fikirlər səsləndirib. “Əvvəlki administrasiya ən təhlükəli cinayətkarlar barəsində ali cəza tədbirini icra etməkdən imtina edərək Amerika xalqını qorumaq vəzifəsini yerinə yetirməyib. Ədliyyə Nazirliyi yenidən qanunun aliliyini təmin edir və qurbanları müdafiə edir”, – deyə o bildirib.
Məlumata görə, yaxın həftələrdə məhbuslara bütün məhkəmə prosedurları başa çatana qədər əfv üçün müraciət etməyi qadağan edən yeni qaydaların tətbiqi planlaşdırılır. Bu addımlar ölüm hökmlərinin daha sürətli və effektiv şəkildə icra olunmasına xidmət edəcək.
Natiq Səlim,
KONKRET.az
