ABŞ hakimiyyəti Ukrayna üçün də nəzərdə tutulan 155 millimetrlik mərmilərin istehsalını artırmaq məqsədilə Texasda yerləşən General Dynamics şirkətinin zavoduna 533 milyon dollar vəsait ayırıb.
KONKRET.az xəbər verir ki, ProPublica portalının araşdırmasına görə, lakin müəssisə indiyədək yararlı vəziyyətdə bir dənə də olsun mərmi istehsal edə bilməyib. Zavodda quraşdırılan dəzgahlar qüsurlu məhsullar istehsal etməyə başlayıb və tez-tez sıradan çıxıb.
Buna baxmayaraq, ABŞ hakimiyyəti şirkətdən ayrılan vəsaiti geri tələb etməyib. Əksinə, General Dynamics yeni dövlət müqavilələri almaqda davam edib.
ABŞ ordusunun nümayəndələri bildiriblər ki, yaranmış itkilərin gələcək məhsullar üçün tətbiq ediləcək endirimlər hesabına kompensasiya olunacağı gözlənilir.
Natiq Səlim,
KONKRET.az
