ABŞ-dan İrana yeni mesaj – Hazırlaşın…backend

ABŞ-dan İrana yeni mesaj - Hazırlaşın...

“Hələlik İrana qarşı yeni zərbələr endirməyi planlaşdırmırıq və əsas diqqəti dəniz blokadası ilə sanksiyalara yönəldəcəyik.

KONKRET.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio müttəfiqlərə bildirib ki, Vaşinqton hələlik genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil. ABŞ əsas diqqəti iqtisadi təzyiqin artırılmasına və

Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidinin təmin edilməsinə yönəldəcək.

Bununla yanaşı, əgər İran ilk olaraq hücum edərsə, yeni hərbi zərbələrin endirilməsi istisna edilmir. Vaşinqton hesab edir ki, iqtisadi təzyiqin gücləndirilməsi nəticəsində Tehran sonda yenidən danışıqlar masasına qayıtmağa məcbur olacaq.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*