ABŞ-dəki seçkilərdə Tramp öndədirbackend

ABŞ-dəki seçkilərdə Tramp öndədir

ABŞ-də seçkilər başa çatsa da səslərin sayılma prosesi hələ bitməyib. Səslər tam hesablandıqdan sonra 47-ci prezidentin kimliyinə aydınlıq gələcək.

KONKRET.az bu saata olan nəticəni təqdim edir. “Associated Press”in məlumatına görə ilkin hesablamalara görə Donald Tramp öndədir. Hazırda Trampın 230, Kamala Harrisin 205 seçici səsi var.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər. Hesablamalar göstərir ki, bu, ölkə tarixinin ən bahalı seçkisi olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*