ABŞ diplomatlarına bu, qadağan olundu – Yalnız dövlət katibi edə bilərbackend

ABŞ diplomatlarına bu, qadağan olundu – Yalnız dövlət katibi edə bilər

ABŞ Dövlət Departamenti xarici ölkələrdə fəaliyyət göstərən diplomatlara seçkilərin legitimliyi, ədalətliliyi və şəffaflığı barədə rəy bildirməyi qadağan edib.

KONKRET.az xəbər verir ki, Reuters agentliyi Dövlət Departamentindəki mənbələrə istinadla bildirir.

Dünyanın müxtəlif ölkələrindəki amerikalı diplomatlara göndərilən xüsusi təlimat teleqramında, onlara yalnız qalib tərəfi təbrik etmək hüququ verilib.

Seçkilərlə bağlı tənqidi açıqlamaları isə yalnız ABŞ dövlət katibi, Dövlət Departamentinin rəsmi nümayəndəsi və ya Dövlət katibi Marko Rubio kimi təsdiqlənmiş şəxslər səsləndirə biləcəklər. Digər diplomatların isə rəhbərliyin təsdiqi olmadan seçkilər barədə ictimai rəy bildirməsi qadağan edilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*