ABŞ Epşteynlə bağlı sirləri açdı – Vensin bu açıqlaması ŞOK ETDİbackend

ABŞ Epşteynlə bağlı sirləri açdı - Vensin bu açıqlaması ŞOK ETDİ

ABŞ-ın vitse-prezidenti Cey Di Vens administrasiyanın maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin açıqlanması ətrafında ictimaiyyətlə ünsiyyətdə ciddi səhvlərə yol verdiyini etiraf edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə Co Roqanın podkastında danışıb.

Vensin sözlərinə görə, administrasiya mövzu ilə bağlı informasiyanın təqdimatını düzgün qura bilməyib, lakin bunun səbəbi hər hansı məlumatı gizlətmək cəhdi olmayıb.

“Epşteyn sənədləri ilə bağlı kommunikasiya baxımından tamamilə uğursuz olduq. Amma bunun nəyisə gizlətmək məqsədi daşıdığını düşünmürəm”, – deyə vitse-prezident bildirib.

Vens hesab edir ki, əsas səhvi ABŞ-ın keçmiş baş prokuroru Pem Bondi edib. Onun sözlərinə görə, Bondi guya Epşteynlə əlaqəli şəxslərin siyahısının “hazırda masasında olduğunu” bildirməklə mövcud materialların miqyasını şişirdib.

Vitse-prezident qeyd edib ki, Ədliyyə Nazirliyi Bondinin rəhbərliyi dövründə mühafizəkar bloqerlərə “Epşteyn faylları: Mərhələ 1” və “Məxfilikdən çıxarılıb” qeydləri olan qovluqlar paylayıb.

Vensin fikrincə, bunun nəticəsində Bondi ictimai tənqid hədəfinə çevrilib və bu, administrasiyanın şəffaflıqla bağlı səylərinə olan etimadı zəiflədib.

Müsahibə zamanı Cey Di Vens Ceffri Epşteynin mümkün kəşfiyyat əlaqələrinə də toxunub. O, ABŞ prezidenti Donald Trampın bu işdə qanun qarşısında “təmiz” olduğunu və Epşteynin cinayət işi ilə əlaqəsinin olmadığını vurğulayıb.

Bununla yanaşı, Vens Epşteynin İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əlaqələrinin ola biləcəyini istisna etməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*