“Hazırda nə Rusiya, nə də Ukrayna sülh razılaşması imzalamağa hazırdır”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Vens bildirib.
“ABŞ prezidentinin diplomatik səyləri kompromisə gətirib çıxara bilər, amma bunun üçün hər iki tərəf anlaşmaya hazır olmalıdır. Hazırda isə bu, mümkün deyil”, – Vens “Newsmax” a müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi cəbhədə vəziyyəti reallıqdan daha uğurlu qiymətləndirir.
Müşviq Tofiqoğlu,
KONKRET.az