ABŞ “F35”-lərin istehsalını davam etdirəcəkbackend

ABŞ “F35”-lərin istehsalını davam etdirəcək

Birləşmiş Ştatlar beşinci nəsil qırıcı-bombardmançı “F-35”-in sonrakı istifadəsindən imtina etmək niyyətində deyil.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall məlumat verib: “F-35-lər daim modernləşdirilən mükəmməl sistemdir. Bir çox ölkənin “F-35” almasının tək  səbəbi var. Bu, çox ciddi şəkildə dördüncü nəslin dominant təyyarəsidir və alternativi yoxdur” deyə nazir bildirib. Eyni zamanda Kendall “F-35” istehsal edən Amerikanın “Lockheed Martin” korporasiyasını tənqid edib. Nazir bildirib ki, onlar bundan da  yaxşısını nümayiş etdirməlidir: “Açığı, onlar vəd etdiklərini yerinə yetirmirlər və bacardıqlarını ortaya qoymaqda gecikirlər”,-deyə Pentaqonun sözçüsü əlavə edib.

Vəli Həsənoğlu,

KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*