ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə Cibutinin Şabelley aerodromu yaxınlığında qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Hadisə avqustun 9-da qeydə alınıb. İnsident nəticəsində xəsarət alan olmayıb və hər hansı mülki əmlaka ziyan dəyməyib. Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə kənar müdaxilə amili səbəb olmayıb.
Qeyd edək ki, Cibutidə ABŞ-nin “Kemp-Lemonyer” (Camp Lemonnier) hərbi bazası yerləşir. Birləşmiş Ştatlar bu bazadan Afrika və Yaxın Şərqdə keçirilən hərbi əməliyyatların idarə olunmasında istifadə edir.
