ABŞ-ın bu təklifi Avropa ölkələrini şoka saldı – ƏTRAFLIbackend

ABŞ-ın bu təklifi Avropa ölkələrini şoka saldı - ƏTRAFLI

ABŞ Avropa İttifaqına Rusiya qazını böyük həcmdə almağı təklif edib.

KONKRET.az xəbər verir ki, “The New York Times” qəzeti mənbələrə istinadən yazır ki, bu addım Ukraynada müharibənin başa çatdırılması üzrə razılaşmanın əsas elementlərindən biri ola bilər.

Təşəbbüslə ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiven Uitkof və Cared Kuşner Ukrayna və Aİ nümayəndələri ilə danışıqlarda çıxış ediblər.
Vaşinqtonun fikrincə, Avropaya iri həcmdə qaz tədarükünün bərpası Rusiya üçün müharibəni dayandırmağa iqtisadi stimullardan biri olacaq.

Aİ-nin reaksiyası

Aİ nümayəndə heyəti bu ideyaya skeptik yanaşıb. Xüsusilə Almaniya kansleri Fridrix Mertsin təhlükəsizlik məsələləri üzrə ən yaxın müşaviri Günter Zauter sərt tənqidlə çıxış edib.

Mövcud qadağa

2026-cı ilin yanvarında Avropa İttifaqı Rusiyadan boru kəməri qazının və mayeləşdirilmiş təbii qazın (LNG) idxalından 2027-ci il noyabrın 1-dək tamamilə imtina barədə razılığa gəlib. Qəbul edilmiş qanun həmçinin Rusiya ilə yeni qaz müqavilələrinin bağlanmasını qadağan edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*