ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində azı 100 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Diosdado Kabello açıqlama verib.
Onun sözlərinə görə, ölənlərin sayı dəqiqləşdirilir, lakin artıq ən azı 100 nəfərin öldüyü, təxminən bir o qədərinin isə yaralandığı məlumdur.
“Ölənlər arasında münaqişəyə heç bir aidiyyəti olmayan insanlar da var. Yəni dinc sakinlər, evlərində olan qadınlar və sairə. Onlar ölkəmizə atılan güclü bombaların qurbanı oldular”, — deyə Kabello bildirib.
Bundan əvvəl Venesuelanın müttəfiqi olan Kuba hökuməti ABŞ əməliyyatı zamanı 32 vətəndaşının öldüyünü açıqlamışdı. 5 yanvarda yayımlanan bəyanatda bildirilirdi ki, həlak olanlar Kuba Silahlı Qüvvələrinin və kəşfiyyat qurumlarının hərbçiləri olub və Nikolás Maduronun təhlükəsizliyini təmin edirmişlər.
Amerika rəsmiləri isə fərqli rəqəmlər açıqlayıb. Onların qiymətləndirməsinə görə, Maduroya qarşı keçirilən əməliyyat zamanı təxminən 75 nəfər ölüb. ABŞ-ın iddiasına əsasən, qurbanların əksəriyyəti Karakasda onun iqamətgahı yaxınlığındakı atışma zamanı həlak olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
