ABŞ-ın yeni administrasiyası Ermənistana az maraq göstərir – Badalyanbackend

ABŞ-ın yeni administrasiyası Ermənistana az maraq göstərir - Badalyan

Dövlətlərarası münasibətlərə tamamilə xas olmayan kifayət qədər səliqəsiz fotoşəkil Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens arasında keçirilən görüşün ümumi ab-havasından bəhs edir.

KONKRET.az xəbər verir ki, bunu siyasi müşahidəçi Akop Badalyan deyib

Badalyanın fikrincə, Paşinyanın səfərindən əvvəl belə görüşlə bağlı nə razılıq, nə də etimad var idi.

Siyasi müşahidəçi vurğulayıb ki, yüksək rütbəli amerikalı məmurla rəsmi görüş ən azı bir neçə həftə əvvəl Ermənistanla ABŞ arasında əvvəlki administrasiya tərəfindən imzalanmış sənədin ruhuna uyğun olmalı idi:

“İmzalanmış strateji tərəfdaşlıq komissiyalarının nizamnamələri, ümumilikdə Paşinyanın səfəri, bu səfərin xronologiyası və görüşlərin coğrafiyası müqayisəedilməzdir. Bu isə onu göstərir ki, yeni administrasiyanın Ermənistan Respublikasına Demokratik administrasiyadan qat-qat az marağı var. Bu, təbii ki, onların Ermənistanı sevib-sevməməsi ilə bağlı deyil. Təbii ki, xarici siyasətlə bağlı fikirləri ilə fərqlənən yeni administrasiya Ermənistana əvvəlki administrasiyadan daha az yer ayırır”.

Görüşün substantiv hissəsinə toxunan Akop Badalyan qeyd edib ki, təbii ki, ABŞ-ın Qafqazla bu və ya digər şəkildə münasibəti olacaq, amma siyasi məzmun baxımından burada əsas sual belədir: “Paşinyanın Venslə söhbətində əvvəlki administrasiyanın onlar üçün strateji prioritet elan etdiyi Orta Dəhliz məsələsi varmı?”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*