ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Hakimiyyət qeyri-rəsmi olaraq “bütün bombaların anası” kimi tanınan, böyük dağıdıcı gücə malik qeyri-nüvə tipli GBU-43/B (MOAB) aviasiya bombasından istifadə etməklə zərbə endirmək ehtimalını nəzərdən keçirir. Əgər Tramp hərbi əməliyyatların bərpası barədə əmr verərsə, enerji və nüvə obyektləri hədəf alına bilər”, – məlumatda qeyd olunub.
Kanal bildirib ki, MOAB-ın çəkisi 9,5 tondan çoxdur və o, ABŞ ordusunun arsenalındakı ən güclü qeyri-nüvə bombasıdır.
