ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdırbackend

ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır

Çin və ABŞ-ın bir-biri ilə normal münasibətlər qurması və strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərə keçməsi üçün təxminən on il və ya daha çox vaxt tələb oluna bilər.

KONKRET.az xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin müşaviri Tsyu Venszin bildirib.

Çin Sədri Si Szinpinin sentyabrın 23-25-də ABŞ-a səfərindən danışan müşavir qeyd edib:

“Bu səfər bütün problemlərin həllinə gətirib çıxara bilməz. Lakin o, iki ölkənin irəliləməsi və daha çox nəticə əldə etməsi üçün çox möhkəm təməl qoydu.

Şəxsən mən inanıram ki, Çin və ABŞ hazırda tarixi bir prosesdən keçir. Bu proses iki böyük dövlətin bir-biri ilə yola getməsi üçün düzgün yolu tapmağa yönəlib. Bu, presedenti olmayan bir vəziyyətdir. Əlbəttə, düşünmürəm ki, məqsədimizə cəmi bir neçə il ərzində çata bilərik. Bunun üçün təxminən on il və ya daha çox vaxt lazım ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*