ABŞ-nin ŞOK PLANI: “Levant yəhudilərə verilir, “Böyük İsrail” dövləti yaradılır, Livan, İordaniya və Suriya isə…”backend

ABŞ-nin ŞOK PLANI: "Levant yəhudilərə verilir, "Böyük İsrail" dövləti yaradılır, Livan, İordaniya və Suriya isə..."

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərq regionuna gəmilər, qırıcılar və bombardmançı təyyarələr də daxil olmaqla əlavə hərbi hissələrin göndərilməsi barədə göstəriş verib. Bildirilib ki, Yaxın Şərqdə ABŞ vətəndaşlarını qorumaq, İsraili müdafiə etmək, çəkindirmə və diplomatiya yolu ilə gərginliyi azaltmaq üzrə öhdəliklərə uyğun olaraq bu addım atılacaq. Bəs görəsən, ABŞ-nin bu addımı nəyə hesablanıb? Ümumiyyətlə, Yaxın Şərqə silah və hərbi texnikaların göndərilməsi müharibəni daha da alovlandıra bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən konfliktoloq Elman Vəliyev bildirib ki, Amerikanın Yaxın Şərqdə onlarla hərbi bazası mövcuddur:

“Yaxın Şərq həmişə diqqət mərkəzindədir. Maraqların toqquşduğu məkandır. Təbii ki resursları, strateji mövqeləri buna şərait yaradır. Amerikanın əlavə qüvvələr göndərməsi rəsmi Vaşinqton üçün normaldır. Çünki çətin vəziyyətdə bölgəni digər qruplara verməmək üçün bunu etməyə məcburdur. Həmin qüvvələri İsrailə dəstək üçün də istifadə edəcək. Ümumiyyətlə, ABŞ Böyük İsrail dövlətinin əsas dəstəkçilərindəndir. Beləki, Birləşmiş Ştatlar Levant bölgəsinin tamamilə yəhudilərin nəzarətinə verilməsinə çalışılır. Livan, Suriya, İordaniyaisə bu planın parçasıdır. Hesab edirəm ki, İsrail növbəti hədəf kimi Suriyanı qarşıya məqsəd qoyub. Əgər Böyük İsrail dövlətini gerçəkləşdirmək istəyirsə, Suriyasız bunu icra etməkmümkün deyil. Bu yolda da ABŞ hərbi yardımlarını əsirgəməyəcək. Prezident seçkilərindən sonra mövqe nümayişi daha da aydın olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*