ABŞ nümayəndəsindən Rusiyaya ÇAĞIRIŞ: “Bu qətliamı dayandırın!”backend

ABŞ nümayəndəsindən Rusiyaya ÇAĞIRIŞ: “Bu qətliamı dayandırın!”

ABŞ Prezidentinin xüsusi nümayəndəsi, general Kit Kellog Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi son raket və dron hücumlarını sərt şəkildə pisləyib.

KONKRET.az xəbər verir ki, o, “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada belə yazıb:

“Bu, Kiyevdə baş verir. Gecə qadınların və uşaqların evlərində məqsədsiz şəkildə qətlə yetirilməsi, 1977-ci il Cenevrə Sülh Protokollarının açıq şəkildə pozulmasıdır. Həmin protokollar mülki əhalini qorumaq üçün qəbul edilmişdi. Bu hücumlar utancvericidir. Qətliamı dayandırın. Təcili atəşkəs elan edin.”

Qeyd edək ki, generalın paylaşımında hücumların birbaşa Rusiya tərəfindən həyata keçirildiyi açıq şəkildə qeyd olunmasa da, kontekst Rusiya hərbi fəaliyyətinə aydın işarə edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*