Ukrayna Ali Radasının sabiq deputatı İqor Mosiyçukun iddiasına görə, ABŞ Rüstəm Umerovun Ukraynanın Vaşinqtondakı səfiri təyin olunmasına razılıq verməyib.
KONKRET.az xəbər verir ki, buna səbəb kimi Umerovun ABŞ vətəndaşlığı göstərilir.
Mosiyçukun məlumatına əsasən, ABŞ Dövlət Departamenti bu barədə Ukrayna Xarici İşlər Nazirliyini rəsmi şəkildə məlumatlandırıb.
Bu məlumatların fonunda Ukrayna parlamenti yeni müdafiə nazirini təsdiqləyib. Bu vəzifəyə Rüstəm Umerovu əvəz edən sabiq baş nazir Denis Şmıqal təyin olunub.
Natiq Səlim,
KONKRET.az