ABŞ-nin müdafiə nazirinin müavini Stiven Faynberq aparıcı silah istehsalçılarından buraxılış templərini kəskin şəkildə artırmağa dair təcili planlar təqdim etməyi tələb edib.
KONKRET.az xəbər verir ki, Pentaqondan bildirilib ki, bir neçə il davam edən uzun istehsal dövrləri artıq mövcud reallıqlara qətiyyən cavab vermir. Əsas prioritetlər sırasında NGI raketdən müdafiə sistemləri, NASAMS kompleksləri, mobil hava hücumundan müdafiə radarları və kosmosdan raketlərin izlənilməsi sistemləri yer alır.
“The Washington Post” qəzetinin məlumatına görə, İnanla aparılan hərbi əməliyyatlardan sonra ABŞ-nin hərbi ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması fonunda silah istehsalçılarına təzyiqlər maksimum həddə çatıb.
Natiq Səlim,
KONKRET.az
