ABŞ vitse-prezidenti bəyan edib ki, Tramp administrasiyası ölkəni qeyri-müəyyən məqsədlərlə xarici ölkələrdə sonsuz və nəticəsiz hərbi əməliyyatlara cəlb etmək niyyətində deyil.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın xarici siyasəti daha məqsədyönlü və konkret nəticələrə hesablanmış olmalıdır: “Biz dünya üzrə vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün hərəkət edirik, lakin bu, aydın strategiya və müəyyən edilmiş hədəflər çərçivəsində olmalıdır. ABŞ artıq resurslarını və əsgərlərini qeyri-müəyyən nəticəsi olan münaqişələrə sərf etməyəcək.”
Vitse-prezident həmçinin vurğulayıb ki, ABŞ güc tətbiq etmək əvəzinə diplomatiyaya və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə üstünlük verəcək.
Natiq Səlim,
KONKRET.az