ABŞ Ukrayna ilə bağlı RAZILAŞDI: Rutte və Pistorius Trampla görüşə gedir  backend

ABŞ Ukrayna ilə bağlı RAZILAŞDI: Rutte və Pistorius Trampla görüşə gedir  

ABŞ prezidenti Donald Tramp Ukraynaya əlavə Patriot hava hücumundan müdafiə raket sistemləri tədarük edəcəyini açıqlayıb.

KONKRET.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu açıqlama fonunda NATO-nun baş katibi Mark Rutte və Almaniyanın müdafiə naziri Boris Pistorius Vaşinqtona gedirlər.

Gözlənilir ki, Rutte Patriot tədarükü məsələsini müzakirə etmək üçün Trampla görüşəcək. Pistorius da eyni məqsədlə ABŞ paytaxtına səfər edəcək.

“Berlin Tramp administrasiyası ilə iki əlavə Patriot sisteminin Ukraynaya təhvil verilməsi, eləcə də çatdırılma ilə bağlı bütün xərclərin ödənilməsi məsələsinə görə, danışıqlar aparır”, – nəşr vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*