ABŞ Ukraynanı kəşfiyyatsız qoyur – Kiyevin əl-qolu bağlanırbackend

ABŞ Ukraynanı kəşfiyyatsız qoyur - Kiyevin əl-qolu bağlanır

ABŞ administrasiyası Ukraynaya Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaq tələbi irəli sürüb.

KONKRET.az xəbər verir ki, əks halda, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıra biləcəyi bildirilir.

Bu barədə Financial Times nəşrinə istinadən məlumat yayılıb.

Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Mayamidə Ukrayna nümayəndə heyəti ilə keçirilən görüşdə bu barədə xəbərdarlıq ediblər.

Bildirilib ki, Kiyev Rusiya ərazisindəki neft emalı müəssisələrinə hücumları davam etdirərsə, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının təqdim edilməsini dayandıra bilər.

Məlumatlara əsasən, Mayamidə keçirilən danışıqlar Donald Tramp və Vladimir Putin arasında dizel yanacağının tədarükü ilə bağlı əldə olunduğu bildirilən razılaşma səbəbindən vaxtından əvvəl başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*