Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ arasında danışıqların birinci raundu zamanı yalnız səmaya və dənizə aid qismən atəşkəs məsələsi müzakirə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Suspilne nəşri mənbəyə istinadən yayıb.
ABŞ-ın bu təklifə necə cavab verdiyi açıqlanmır.
Tərəflər həmçinin yerin təki və ehtiyatlarla bağlı məsələləri müzakirə ediblər.
İndi fasilədən sonra danışıqların ikinci raundu çərçivəsində Ukrayna və ABŞ nümayəndə heyətləri Ukrayna üçün təhlükəsizlik təminatları mövzusunu müzakirə edirlər.
Günel Mikayılova,
KONKRET.az