Masazırda güclü yanğın söndürüldü – Yenilənib – VİDEObackend

Masazırda güclü yanğın söndürüldü - Yenilənib - VİDEO

Xəbər verildiyi kimi, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

****

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində güclü yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, yanğın qısa müddətdə onlarla hektar sahəyə yayılıbmiqyası sürətlə genişlənməkdədir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub.

Hazırda alovun söndürülməsi istiqamətində intensiv işlər görülür. Yanğının səbəbləri və dəymiş zərər hələlik açıqlanmayıb.

Əlavə məlumat veriləcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*