Abşeron və Qaradağda 57 kq narkotik dövriyyədən çıxarıldı – VİDEObackend

Abşeron və Qaradağda 57 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyin məlumat verilib.

Bildirilib ki, Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar.

Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*