Abşeronda keçmiş məhkum restoranda tapança ilə adam öldürdübackend

Abşeronda keçmiş məhkum restoranda tapança ilə adam öldürdü

Noyabrın 28-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisindəki restoranların birində Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Gərayev münaqişə zəminində tapançadan açdığı atəşlə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Xəlilovu qətlə yetirib.

KONKRET.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən O.Gərayev saxlanılıb.

Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*