Abxaziya parlamentinin deputatı Vaxtanq Qolandziya Suxumidə öldürülüb.
KONKRET.az xəbər verir ki, atışma nəticəsində digər deputat Kan Kvarçiya yaralanıb. Atəş açan digər deputat Adqur Xaraziya isə hadisə yerindən qaçıb. “İnterfaks” xəbər verir ki, yaralı deputat Kvarçiya reanimasiyaya yerləşdirilib.
Vəli Həsənoğlu,
KONKRET.az