ADY-nin təqdim etdiyi məhsul sual doğurdu: Cavab GÖZLƏNİLİRbackend

ADY-nin təqdim etdiyi məhsul sual doğurdu: Cavab GÖZLƏNİLİR

ADY-nin qatarlarında qida xidməti göstərən PFM Şirkətinə nə qədər vəsait xərclənir?

KONKRET.az xəbər verir ki, ajans.az-ın Baş Redaktoru Tural Müseyibov qatarla səfər edən zaman, ona üzərində “ADY PFM CATERİNG” yazılan məhsul təqdim olunub. Təqdim olunan plastik qabda qablaşdırılmış meyvə şirəsinin hansı üsulla hazırlanması və məhsulun üzərində istehsal tarixinin göstərilməməsi diqqət çəkib.

Məsələ ilə bağlı Ajans.az Azərbaycan Dəmir Yolları  (ADY) QSC-yə sürət qararlarında biznes sinif sərnişinlərinə təqdim olunan qida xidmətləri ilə bağlı sorğu ünvanlayıb. Bu sorğuya bir ay ərzində cavab verilmədiyi üçün Ajans.az-ın Baş redaktoru Tural Müseyibov Rövşən Rüstəmova məsələ ilə bağlı suallar göndərib. Bununda üzərindən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq heçbir cavab ala bilməyib.

Sorğuda bildirilib ki, son illər Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma sahəsində müsbət dinamika müşahidə olunur və həyata keçirilən yeniliklər təqdirəlayiqdir. Qeyd olunub ki, biznes sinifdə səyahət zamanı sərnişinlərə üzərində “ADY PFM CATERING” yazısı olan plastik qabda meyvə şirəsi təqdim edilib.

Bununla bağlı ADY-yə aşağıdakı suallar ünvanlanıb:

1. ADY niyə məhz PFM CATERING şirkətini seçib?

2. Şirkətin seçilməsi hansı meyarlar əsasında həyata keçirilib?

3. PFM CATERING şirkəti ilə ADY arasında hansı əməkdaşlıq mövcuddur?

4. Bu əməkdaşlıq hansı tarixdən başlayıb?

5. Əməkdaşlıq çərçivəsində nə qədər vəsait xərclənir?

6. Biznes sinifdə qida xidmətinin göstərilməsi üçün tender elan olunubmu?

7. PFM CATERING şirkətinin AQTA tərəfindən verilmiş rəsmi sertifikatı varmı?

8. Meyvə şirəsinin təqdim edildiyi plastik qablar harada istehsal olunur və istehsal prosesi ilə tanış olmaq mümkündürmü?

9. Plastik qablar xaricdən alınırsa, onların keyfiyyətini təsdiq edən hansı rəsmi sənədlər mövcuddur?

10. Şirkətin qida hazırlanması və qatarlara çatdırılması prosesi ilə yaxından tanış olmaq mümkündürmü?

11. Gün ərzində sərnişinlərə göstərilən qida xidməti ADY-yə hansı məbləğə başa gəlir?

12. ADY PFM CATERING şirkəti ilə neçə ildir əməkdaşlıq edir?

Mövzunu diqqətdə saxlayacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*