“Biz 30 ildir bu sahədəyik. Belə işlərlə məşğul olsaydıq, çoxdan qabağa getmişdik”.
KONKRET.az bildirir ki, bunu “yeni sabah”a açıqlamasında “Ağ Çiçəyim” şirkətinin rəhbəri Hacı Ceyhun Əliyev deyib.
Nəsimi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elxan İbrahimovun ondan 200 min manat rüşvət istəməsi iddialarına cavab verən sabibkar fikirlərinə belə davam edib:
“Bilmirəm bu xəbəri kim yayıb, amma tamamilə yalan iddiadır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il noyabrın 12-də imzaladığı sərəncamla Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, dekabrın 29-də isə vəzifəsindən azad olunub.
Qeyri-rəsmi məlumatlara görə, E.İbrahimov rayon ərazisində fəaliyyət göstərən sahibkarlardan külli miqdarda rüşvət tələb edib.
İddialara əsasən, həmin iş adamlarından bir də “Ağ Çiçəyim” gül mağazaları şəbəkəsinin rəhbəri Hacı Ceyhun Əliyevdir.
