Paşinyan: TRIPP layihəsi Ermənistanı, ABŞ-ı və Azərbaycanı qane edirbackend

Paşinyan: TRIPP layihəsi Ermənistanı, ABŞ-ı və Azərbaycanı qane edir

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, tərəflər “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün Ermənistanı və ABŞ-ı tam qane edən bir formul üzərində razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, layihənin icrası ilə bağlı sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilən görüşdən sonra təqdim olunub.

Rəsmi Bakının hələlik məsələ ilə bağlı mövqeyi açıqlanmayıb. Lakin Paşinyan hesab edir ki, razılaşdırılmış formula Azərbaycanın da maraqlarını nəzərə alır.

Baş nazir vurğulayıb ki, bu layihə regionda uzunmüddətli sülhün təmin olunmasına yol açır və onun irəliləməsində ABŞ prezidenti Donald Trampın həlledici rolu olub.

“Regionda böyük investisiyaların olacağı artıq aydındır və bu, sevindirici xəbərdir”, – deyə Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*