Ukrayna ilə bağlı Putinlə kim danışacaq? – ŞOK ADLARbackend

Ukrayna ilə bağlı Putinlə kim danışacaq? - ŞOK ADLAR

Avropa İttifaqında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq xüsusi nümayəndənin təyin edilməsi məsələsi müzakirə olunur.

KONKRET.az bildirir ki, Politico-nun Brüsseldəki mənbələrə istinadən verdiyi məlumata görə, bu rola İtaliyanın sabiq baş naziri Mario Draqi və Finlandiya Prezidenti Aleksandr Stubb namizəd kimi nəzərdən keçirilir.

Bu ideyanı Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Corca Meloni, eləcə də Avropa Komissiyası və bir sıra Aİ ölkələri dəstəkləyir. Brüsseldə narahatlıq var ki, ABŞ Ukrayna ilə bağlı Moskvayla Aİ-nin iştirakı olmadan danışıqlar apara bilər. Buna görə də Avropa öz maraqlarını, o cümlədən Rusiya tərəfindən qəti şəkildə rədd edilən Ukraynanın NATO üzvlüyü məsələsini müdafiə edəcək nümayəndəyə ehtiyac duyur.

Bununla belə, Aİ-də Putinlə danışıqlara başlamağın onun mövqeyinin legitimləşdirilməsi riski daşıdığı da etiraf olunur. Draqinin namizədliyini İtaliyanın naziri Covanbattista Fatsolari açıq şəkildə dəstəkləyib. Aleksandr Stubb isə ABŞ-ın keçmiş prezidenti Donald Trampla əlaqələri və Finlandiyanın Rusiya ilə münasibətlərindəki xüsusi statusu sayəsində potensial vasitəçi kimi nəzərdən keçirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*