TRIPP layihəsində Rusiya və Türkiyə necə iştirak edəcək? – Mirzoyan danışdıbackend

TRIPP layihəsində Rusiya və Türkiyə necə iştirak edəcək? - Mirzoyan danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda TRIPP layihəsinin həyata keçirilməsinə dair sənədin imzalanmasından sonra canlı yayımda bildirib ki, bu layihədə Rusiya və Türkiyənin iştirakı müzakirə olunmayıb.

KONKRET.az xəbər verir ki, nazir qeyd edib ki, regionun logistik baxımdan tam şəkildə açılması üçün Türkiyənin, xüsusilə Gümrü–Qars yolu vasitəsilə iştirakı, habelə Rusiyanın mümkün qoşulması vacibdir:

“Rusiyanı bu prosesdən kənarda saxlamaq niyyətimiz yoxdur”, – deyə o vurğulayıb.

Mirzoyan əlavə edib ki, Rusiya tərəfinin konkret olaraq “Cənubi Qafqaz Dəmir Yolları”nın bərpasına hazır olmaması fonunda bu işi İrəvanın özünün görməsi ilə bağlı hələlik konkret cavab almayıb.

Onun sözlərinə görə, Ermənistan öz infrastruktur təkliflərini Rusiya tərəfinə təqdim edib və cavab verilmədiyi təqdirdə alternativ ssenarilər nəzərdən keçiriləcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*