Ağ Ev Keti Zakariya ilə bağlı müəmmaya aydınlıq gətirdibackend

Ağ Ev Keti Zakariya ilə bağlı müəmmaya aydınlıq gətirdi

Ağ Ev cəmi 6 gün əvvəl mətbuat katibi vəzifəsinə təyin olunan Keti Zakariyanın yeni işə keçməsi səbəbindən postunu tərk etdiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, Ağ Ev rəsmisi “Fox News” telekanalına qadının mətbuat katibi postundakı fəaliyyətini mərhələli şəkildə yekunlaşdırdığını təsdiqləyib.

Qeyd edək ki, Zakariyanın bu vəzifəyə təyin olunması oktyabrın 9-da bəlli olmuşdu. O, bundan əvvəl amerikalı liderin “Truth Social” sosial şəbəkəsini idarə edən “Trump Media & Technology Group” şirkətində kommunikasiya üzrə müşavir vəzifəsini tuturdu. Zakariya ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar postunu tərk edən Kerolayn Levitti əvəzləmişdi.

Ancaq təyinatdan dərhal sonra böyük qalmaqal ortaya çıxıb. Zakariya vəzifəyə gəlməzdən əvvəl hüquq sahəsində çalışdığını iddia etmiş, Ağ Ev rəhbəri isə onu vəkil kimi təqdim etmişdi. Lakin sonradan məlum olub ki, yeni mətbuat katibinin heç bir vəkillik lisenziyası yoxdur, əksinə, o, lisenziya almaq üçün keçirilən imtahandan kəsilib.

Bundan əlavə, yerli KİV-in yazdığına görə, Zakariya illərdir sosial şəbəkələrdə konspiroloji nəzəriyyələr yayırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*