Səudiyyə Ərəbistanı və ABŞ arasında yeni müdafiə razılaşması üzrə irəliləmiş danışıqlar gedir.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Nəşrin məlumatına görə, saziş gələn ay vəliəhd şahzadənin Ağ Evə səfəri zamanı imzalanacaq.
Razılaşma ABŞ-ın Qətərlə imzaladığı təhlükəsizlik paktına bənzəyəcək və Senatın ratifikasiyasına ehtiyac qalmadan, Səudiyyə Ərəbistanına hücumlar qarşısında təhlükəsizlik zəmanəti verəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az