Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı – Videobackend

Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - Video

Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğınlar bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.

Bundan başqa, Mərzili istiqamətində yanğın baş verən ərazidə ardıcıl partlayış səsləri eşidilir.

Yanğının keçmiş təmas xəttində minalanmış ərazilərə yayılması səbəbindən partlayışların baş verdiyi ehtimal olunur.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov kolluq və yaşıllıq sahələrinə yayılaraq ağac və kollara da ziyan vurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*