Ağdamda yanğın davam edir – VİDEObackend

Ağdamda yanğın davam edir – VİDEO

Ağdam rayonunda keçmiş təmas xəttində, açıq ərazidə başlayan yanğın davam edir.

KONKRET.az bildirir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndləri istiqamətində küləkli hava şəraiti səbəbindən yanğın genişlənib.

Yanğının minalanmış ərazidə davam etməsi səbəbindən partlayış səsləri eşidilir.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Bərdə, Ağcabədi və Ağdam rayonlarının yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi və tam nəzarətə götürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*