Ağdərə rayonunda mina hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Belə ki, Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xətti hesab olunan ərazilərdə mal – qara oturarkən mina partlayışı nəticəsində xəsarət alıb.